‘Lider TV’yə 6 illik lisenziya verildi

‘Lider TV’yə 6 illik lisenziya verildi
MEDIA
17:49 21.12.2012
1567

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. 

MTRŞ-dən AZXEBER.COM-a verilən məlumata görə, iclasda regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 18 oktyabr 2012-ci il tarixdə elan edilmiş müsabiqənin nəticələrinə, “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasına dair müraciətinə baxılıb.

Müsabiqədə 3 iddiaçı - “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC, “Türkel TV” MMC və “Yevlax TV” MMC iştirak edib. Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Televiziya və radio yayımı haqqında” qanunun 15.5-ci maddəsinə uyğun olaraq müsabiqədə iştirak edən digər iddiaçılarla müqayisədə daha münasib maddi-texniki bazaya, peşəkar kadr potensialına, maraqlı və bu gün üçün xüsusilə aktual olan yayım konsepsiyasına malik olduğuna görə “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə elan edilmiş müsabiqənin  qalibi elan edilib və ona 6 il müddətinə Gəncə və ətraf ərazilərdə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul  olunub.

Həmçinin “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinə əsasən “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
14:29 07.04.2026
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
14:27 07.04.2026
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
14:08 07.04.2026
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
14:06 07.04.2026
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
13:49 07.04.2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
13:36 07.04.2026
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
13:26 07.04.2026
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Sabah hava necə olacaq?
13:21 07.04.2026
Sabah hava necə olacaq?
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
13:20 07.04.2026
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
13:15 07.04.2026
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
13:15 07.04.2026
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
13:04 07.04.2026
Cinsiyyətini dəyişən qaradərili aktrisa öldürüldü
CNN: Trampın açıqlamaları həqiqəti əks etdirmir
12:55 07.04.2026
CNN: Trampın açıqlamaları həqiqəti əks etdirmir
“Rabitəbank” qanunları pozub - Mərkəzi Bankdan sərəncam
12:40 07.04.2026
“Rabitəbank” qanunları pozub - Mərkəzi Bankdan sərəncam
Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb - CƏDVƏL
12:24 07.04.2026
Bakıda mənzillərin satış və kirayə qiymətləri artıb - CƏDVƏL
Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
12:18 07.04.2026
Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir