“Lider” televiziyasının rejissoru, yazıçı Pərviz Yusifov ötən gecə qəflətən vəfat edib.
36 yaşında dünyasını dəyişən mərhum uzun müddət xəstəlikdən əziyyət çəkib. Ötən gecə xəstəlikdən dolayı halı daha da pisləşən P. Yusifov 1 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib və xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Mərhumun cənazəsi Zaqatalaya aparılıb və doğulduğu Muxax kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, P. Yusifov 1976-cı il aprelin 28-də anadan olub. Allah rəhmət eləsin!