"Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş

KRİMİNAL
16:34 19.12.2024
931
Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.

AZXEBER.COM Manşet.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota” və "Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. 

Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların  Abşeron rayonu Xırdalan şəhəri ərazisində "Toyota”, "Hyundai”, "Range Rover” və "Mercedes” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub. 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi "AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində "Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Ə.İsmayıllı "Limonçik" ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq