Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı
SOSİAL
12:48 19.06.2026
222
Çoxsaylı müraciətlər nəzərə alınaraq lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti 21 iyun saat 15:00-dək uzadılıb.

Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində "Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə "Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul ildə bir dəfə – tədris ili başlamazdan əvvəl "Şagirdlərin elektron yerdəyişməsi” (sy.edu.az) sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.

Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı:

Bakı şəhəri Seyid Cəfər Pişəvəri adına humanitar fənlər gimnaziyası;
Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi;
Bakı şəhəri Kimya və biologiya təmayüllü respublika liseyi;
Bakı şəhəri Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Bakı şəhəri texniki-humanitar lisey;
Bakı şəhəri 147 nömrəli texniki və humanitar fənlər liseyi;
Bakı şəhəri 16 nömrəli texniki və humanitar fənlər liseyi;
Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyi;
Bakı şəhəri Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri Rəqəmsal biliklər liseyi;
Bakı şəhəri Anton Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası;
Ağstafa şəhəri texniki və humanitar fənlər təmayüllü lisey;
Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli təbiət fənləri təmayüllü lisey;
Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü lisey;
Şəki şəhəri kimya və biologiya təmayüllü lisey;
Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Biləsuvar şəhəri Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-lisey;
Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey;
Qobustan şəhəri Elyar Vəliyev adına 2 nömrəli texniki və humanitar fənlər təmayüllü lisey;
Gəncə şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü lisey’ publik hüquqi şəxsi;
Gəncə şəhəri internat tipli xarici dillər təmayüllü gimnaziya;
Şəmkir şəhəri kimya və biologiya təmayüllü lisey;
Sumqayıt şəhəri Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
Sumqayıt şəhəri "Təfəkkür” liseyi;
Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya;
Sumqayıt şəhəri humanitar və təbiət-riyaziyyat təmayüllü ‘İstedad’ liseyi;
Beyləqan şəhəri humanitar fənlər təmayüllü lisey;
Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
Lənkəran şəhəri Səidəli Kazımbəyov adına 6 nömrəli lisey;
Lənkəran şəhəri internat tipli humanitar fənlər təmayüllü gimnaziya;
Masallı şəhəri "Dəfinə” texniki-riyaziyyat təmayüllü lisey;
Şamaxı rayonu texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey;
İsmayıllı şəhəri internat tipli "Talıstan” liseyi;
Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
Şərur şəhər fizika-riyaziyyat təmayüllü lisey;
Naxçıvan Qızlar liseyi.
Hər bir müəssisə haqqında ətraflı məlumatı "Şagirdlərin elektron yerdəyişməsi” portalında "Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Ötən il istifadə olunan imtahan kitabçası aşağıdakı linkdə yerləşdirilib.

Kitabça 6-cı sinif (7-ci sinfə qəbul)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür