Litvada “Azerbaijan on my mind” adı altında təqdimat yarışması keçirilib

GƏNCLİK
10:00 01.04.2014
1714

Litvanın Kaunas şəhərində “Azerbaijan on my mind” adı altında təqdimat yarışması keçirilib.

AZXEBER.COM xəbər verir ki, yarışma Kaunas şəhərində Gənclər Fondunun maliyyə dəstəyi, Vitautas Maqnus Universiteti, Kaunas Texnologiya Universiteti və Azərbaycanın Litvadakı Gənclər Təşkilatının (AYOL) təşkilati dəstəyilə baş tutub.Layihənin məqsədi Litvada təhsil alan xarici tələbələrin eynilə də yerli gənclərin Azərbaycana olan marağının artırılması və onlarda Azərbaycan haqqında olan məlumatların öyrənilməsi istiqamətində olub.Qeyd edək ki, layihə çərçivəsində Litvanın Vilnüs, Kaunas, Klaypeda kimi şəhərlərinin ən yaxşı universitetlərinin tələbələri tərəfindən 50-dən çox təqdimat daxil olub. Təqdimatların mövzusu isə Azərbaycanın iqtisadiyyatı, tarixi, mədəniyyəti və s. bu kimi məsələləri əhatə edib.Layihə Kaunas şəhərinin Kaunas Texnologiya Universitetində 100-ə yaxın gəncin iştirakı ilə keçirilib. Layihə sonunda qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıb, ümumi iştirak edən şəxslər isə iştiraklarına görə sertifikatlarla təltif olunublar.Layihə rəhbəri Rövşən Camalov layihənin yerli gənclərin xüsusi marağına səbəb olduğunu söyləyib. Onun sözlərinə görə, bu layihənin keçirilməsində məqsəd Azərbaycanın məhz xarici gənclər tərəfindən araşdırılmasına nail olmaq, onların düşüncələrindəki Azərbaycanın təqdim edilməsinə və son nəticə olaraq Azərbaycan haqqında məlumatların yayılmasına dəstək olmaqdır.

OXŞAR XƏBƏRLƏR