Litvanın təhsil naziri Azərbaycana gələcək

SİYASƏT
17:30 02.10.2013
1059

Oktyabrın 4-6-da Litva baş nazirinin müavini, təhsil naziri Rimantas Vaytkus Azərbaycanda səfərdə olacaq.

Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Bakıda keçiriləcək VII “Təhsil və karyera” beynəlxalq sərgisində iştirak etməkdir.

Sərgidə Litvanın Təhsil Mübadilələrinə Dəstək Fondunun və 22 ali məktəbinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, cari təhsil ilində Azərbaycandan 150 tələbə Litvanın ali məktəblərində təhsil alır. Ötən il bu rəqəm 102, 2011-2012-ci təhsil ilində isə 53 olub.

OXŞAR XƏBƏRLƏR