"Liverpul"un kapitanı Səudiyyə Ərəbistanı klubuna keçdi

İDMAN
19:04 26.07.2023
190
İngiltərə millisinin futbolçusu Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçi "Əl-İttifaq"ə keçib. Təcrübəli oyunçu hazırda Xorvatiyada komandanın düşərgəsindədir.

Qeyd edək ki, Cordan Henderson 2011-ci ildən "Liverpul"da çıxış edir. Komandanın kapitanı ötən mövsüm 43 matçda meydanda olub.
OXŞAR XƏBƏRLƏR