Liviya hökuməti atəşkəs elan edib (Yenilənib)

Bütün Xəbərlər
18:10 18.03.2011
1558

AZXEBER.COM portalının “Amerikanın Səsi” televiziyasına istinadən verdiyi xəbərə görə, atəşkəsi Liviyanın xarici işlər naziri Musa Kussa bu gün elan edib. Tripoli gələn xəbərdarlığadək heç bir uçuşu qəbul etməyəcək. Liviyanın bu addımı  BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə cavab mahiyyəti daşıyır. Qətnamədə mülki vətəndaşların müdafiəsi üçün bütün mümkün ölçülərə əl atılacağı irəli sürülür. Bu ölçülərə Liviyanın müdafiə sisteminə qarşı hücumlar da daxildir. Nazir BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini tənqid edərək, qeyri-uçuş zonasının Liviya xalqının iztirablarını artıracağını deyib. O bildirib ki, quruma üzv kimi qətnaməni qəbul etmək Liviyanın borcudur. NATO nümayəndələri BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin həyata tətbiqi yollarını müzakirə edib. 10 ölkə təmsilçisi qətnaməyə müsbət səs verib. Sənədin əleyhinə çıxan olmayıb. Braziliya, Çin, Almaniya, Hindistan və Rusiya bitərəf qalıb. Sabah dünya qüdrətləri Parisdə Liviya ilə bağlı növbədənkənar sammit keçirəcək. Sammitdə BMT,Ərəb Liqası və Avropa İttifaqının nümayəndələri iştirak etməlidir.

 

OXŞAR XƏBƏRLƏR