Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 17 martda Qəddafi əleyhinə qalxan nümayişçilərə dəstək olmadığını iddia edən və müxalifət bayraqları ilə konsulluğun binası qarşısında toplanan səhiyyə işçiləri türk, ərəb və ingilis dilində yazdıqları plakatlkarla diqqəti çəkiblər.
Plakatlarda "Xalqımız ölür hər kəs təhlükədədir, müsəlman aləmi haradasınız?", “Türk qardaşlarımız haradasınız, niyə susursunuz?", "Qəddafi bir nəfərdir, xalq 6 milyon", "Tayyib Ərdoğan tərəfini seç", "Xalq Fransa bayrağını daşımaqdansa, Türk bayrağını daşımaq istəyərdi" sözləri əks olunub.