Liviyanı parçaladılar

Liviyanı parçaladılar
Bütün Xəbərlər
23:25 07.03.2012
1151

Ölkənin neftlə zəngin bölgəsi regional hökumətin nəzarətinə keçdi

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Liviyanın neftlə zəngin şərq bölgəsindəki əşirətlər muxtariyyət elan edib.

Əşirət liderləri və silahlı dəstələrin rəhbərləri ölkənin şərqindəki Sirenayka bölgəsində muxtariyyət elan etdiklərini açıqlayıblar.

Liviyanın neft ehtiyatlarının çoxu Sirenaykadadır. Dövlətin ən böyük neft şirkətləri də bu bölgədə fəaliyyət göstərir.

Şərqi Liviyanın regional hökumətin əlinə keçməsinin mərkəzi hökumət və xarici neft şirkətlərinin fəaliyyətinə mənfi təsir edəcəyi bildirilib.Digər tərəfdən muxtariyyət elan edilməsinin ölkənin digər bölgələrində də presedent yarada biləcəyindən qorxulur.

OXŞAR XƏBƏRLƏR