Lökbatana getmək istəməyən Əli Kərimli Şuşaya necə gedəcək?

SİYASƏT
10:35 17.10.2019
6392
 Eldar Mirzəliyev
 
21 - 22 km-i uzaq, qət edilməsi mümkünsüz hesab edənlər 373 km məsafəni qət edib Şuşaya, Qarabağa gedəcəyini iddia edir. 

Millətin düşməni Kərimli və trolları klounadasını hələ də davam etdirir. Qrant sezonunda fəallaşıb digər vaxtlarda sezon finalına çıxanlar yenə də köhnə əməllərinə təzə formatda davam etdirirlər.

Bu qədər azadlığın, sərbəstliyin fonunda sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırıldığını iddia edən "müxalifət" liderciyi icazə verilən məkana yığışmaq əvəzinə "tərəfdar"larını 28 may meydanına icazəsiz aksiyaya çağırır. Bununla da əsl məqsədlərinin xaos yaratmaq olduğunu sübut edir! 
8 oktyabrda Bakı çəhər İcra Hakimiyyətinin binasının qarşısında keçirilən aksiya zamanı istəklərinə nail ola bilmədiyini görüb daha da qızışan dəstə yeni təxribata can atır. 

Pafoslu çıxışlarında Azərbaycan xalqını alçaldan, trolları vasitəsi ilə Azərbaycan millətini təhqir etdirən Kərimlinin iddia etdiyi kimi mitinq bu xalqa çörək və su qədər vacibdirsə, 90-larda olduğu kimi vətəndaşlar məsafədən asılı olmayaraq təyin olunan yerə gələcək. Lakin o özü də gözəl bilir ki, iddiaları cəfəngiyyatdır, ona verilən 30 minlik stadionun heç 5 faizini doldura bilməyəcək. Bu səbəbdən də, insanların çox olduğu yerə 5 - 10 nəfərini çıxarıb kütlə obrazı formalaşdıraraq qarışıqlıq yaratmaq istəyir! Budur "demokratiya" carçılarının əsl üzü! 

Ən  gülməlisi odur ki, 21 - 22 km-i uzaq, gedilməsi mümkünsüz hesab edənlər 373 km məsafəni qət edib Şuşaya, Qarabağa gedəcəyini iddia edir! İndi sizcə bunun hansı sözünə inanmaq olar? 

Əgər Kərimli Qarabağ və o torpaqlardan didərgin düşmüş soydaşlarımızı düşünürsə, niyə görə bir dəfə də olsun cinayətkarlara siyasi don geyindirdiyi "Beynəlxalq insan hüquqları müdafiəçi"ləri qarşısında bir milyon qaçqınımızın hüququnun qorunması ilə bağlı iddia qaldırıb, bəyanatla çıxış etməyib? Niyə görə atəşkəs olmasına baxmayaraq erməni gülləsi ilə şəhid olan körpə balalarımızın hüquqlarını müdafiyə etməyib? Ancaq trollarının youtube kanallarında pafosla insan hüquqlarından danışır! Bilirsiniz niyə? Axı o tapşırıqları elə o yerlərdən alır. 

Troll kanallarının birində ona verilən "Sizin tərəfdaşlarınızdan həbs olunan yoxdur, "siyasi dustaq"lar artıq yoxdur, azad olunub." sualına Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirən, cinayət törədərək həbs olunan cinayətkarları da "siyasi dustaq" adlandırmaqdan çəkinməyən Kərimlinin əslində kim olduğu və nəyə qulluq etdiyi açıq aydın görünür. 

Yazını daha çox uzadaraq minlərə belə faktlar ortaya çıxartmaq olar. Bu Kərimlinin Azərbaycan və azərbaycanlılara qarşı etdikləridir. Sizcə bu "liderciyi" kimlər dəstəkləyəcək? 

Qeyd:
1.Millətin düşməni - Ə. Kərimlini məhz Ə. Elçibəy belə adlandırmışdı.
2.Azərbaycanda siyasi dustaq heç zaman olmayıb, törətdiyi cinayət əməlinə görə həbs olunanlar var. )

Bakı şəhəri – 17 oktyabr 2019-cu il

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 11.07.2020

Bu gün dünyada koronavirusa rekord yoluxma qeydə alındı

23:33 10.07.2020

Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edildi

23:11 10.07.2020

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

22:56 10.07.2020

“Şirin Su” Neftçala sakinlərinə pulsuz içməli su payladı - FOTO

22:38 10.07.2020

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

22:27 10.07.2020

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başladı

22:14 10.07.2020

Türkiyәdә koronavirusla bağlı son vәziyyәt

21:58 10.07.2020

Nazirlik koronavirusa yoluxmuş məhbuslarla bağlı məlumat yaydı

21:39 10.07.2020

"Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik" - Yelo Bankın sədri

21:29 10.07.2020

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart

21:18 10.07.2020

“Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov

21:16 10.07.2020

Ədliyyə Nazirliyindən açıqlama - 3 cəzaçəkmə müəssisəsində test nəticələri pozitiv çıxıb

20:58 10.07.2020

Prezidentin köməkçisi sözünün üstündə durdu: Avtobus kartını göstərdi - FOTO

20:43 10.07.2020

Rasim Quliyev: Mərdliyi, qəhrəmanlığı olmayan adamlardan koroğlular ola bilməz

20:31 10.07.2020

Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır

19:38 10.07.2020

“Sosial şəbəkələrdəki şikayətlər qəbul edilir və nəzarətə götürülür”