Ölkə ərazisində hava soyumağa başlayacaq

Ölkə ərazisində hava soyumağa başlayacaq
Bütün Xəbərlər
12:49 27.11.2013
1165

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var.Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun 14-19, dağlarda 9-14 dərəcə isti olacağı gözlənilir.Qeyd edək ki, meteoroloqlar ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Xəbərdarlığa görə, bu gün axşam respublikanın qərb rayonlarında, ayın 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, ayın 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 1-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyigözlənilir.Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var.Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə aşağı enəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin güclənəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR