Artıq Baş nazirin müavini Abid Şərifov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov sürüşmə zonasına gələrək əraziyə baxış keçirir. ANS PRESS-in bölgə müxbirini verdiyi məlumata görə, heyət daha sonra Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə gedəcək. Hökumət nümayəndələrinin ərazidə müşavirə keçirəcəyi gözlənilir.Məlumatlara görə, müşavirədə sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni evlərin harada tikilməsi barədə yekun qərar veriləcək.***10:59Bu gün Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, “Azəryolservis” MMC- nin sədri Cavid Qurbanov və digər rəsmilər Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə səfər edəcəklər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rəsmilər sakinlərlə görüşəcək və torpaq sürüşməsi gedən yerlərə baxış keçirəcəklər.Daha sonra, nazir və digər dövlər rəsmiləri torpaq sürüşməsinə görə bağlanan Bakı-Şamaxı-Yevlax yoluna, Ağsu aşırımına da baxış keçirəcəklər. Yoxlamalardan sonra, müsbət qərar verilərsə, bu gün günortadan sonra Ağsu dolayı açılacaq. Hazırda isə yolda avtomobillərin hərəkətinə tam icazə verilməyib.