Ölkə tarixinin ən böyük intellektual turnirinə start verilir

GƏNCLİK
18:39 21.04.2022
4026
Bilik və zəkasına güvənən gənclər "İntellektual Klubların Gənclər Liqası”na iştiraka dəvət olunur. Respublikanın 57 şəhər və rayonunu əhatə edəcək turnir iki ay ərzində 3 mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə qeydiyyatdan keçmiş komandalar yaşadıqları rayonlarda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib komandalar növbəti mərhələdə zona finallarında yarışacaqlar.

Zona qalibləri 11-12 iyun tarixlərində Bakı şəhərində keçiriləcək böyük final mərhələsində intellektual güclərini sınayacaq.

Turnir çərçivəsində "Nə? Harada? Nə zaman?”, "Kviz”, "Breyn-Rinq” və "Erudit Kvartet” oyunlarının keçiriləcək. Ümumilikdə 6 mindən çox gəncin əhatə olunması planlaşdırılan "İntellektual Klubların Gənclər Liqası”na qatılmaq arzusunda olan şəxslər aşağıdakı link və ya GəncApp mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərlər.


Son müraciət tarixi 28 aprel 2022-ci il, saat 23:59-dur.

Turnir Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən Şuşa ili çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir.

"İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi və "Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. Turnirə media dəstəyi ARB media qrupu tərəfindən təmin ediləcək.

"Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq