“Ölkədə yeni telekanal və radiostansiyaların açılmasına hazırlıq gedir”

“Ölkədə yeni telekanal və radiostansiyaların açılmasına hazırlıq gedir”
MEDİA
18:20 03.10.2012
1330
“Regional radiostansiyaların açılması üçün yaxın vaxtlarda müsabiqə elan olunacaq”"Azərbaycanda telekanalları sayı yetərinsə olsa da, hesab edirik ki, biz dayanmamalıyıq. Ölkədə yeni televiziya kanalları və radiostansiyaların açılmasını dəstəkləməliyik. Bununla bağlı artıq hazırlıq işlərinə başlanıb”.APA-nınxəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli xüsusən regionlarda yeni telekanalların və radiostansiyaların açılmasına böyük ehtiyac olduğunu vurğulayıb: “Azərbaycanda televiziya sahəsində həm ümumrespublika, həm də regional yayımçılar var. Amma radiostansiyalar sahəsində regional yayımçılar yoxdur. Bununla bağlı dönüş yaratmaq istəyirik. Yaxın vaxtlarda bununla bağlı müsabiqə elan olunacaq”.
OXŞAR XƏBƏRLƏR