Ölkədəki dini vəziyyətlə bağlı - AÇIQLAMA

Ölkədəki dini vəziyyətlə bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
11:57 08.07.2014
2401
“İstənilən addımların qarşısı alınacaq”.
Son günlər Azərbaycanda müxtəlif məzhəbə qulluq edən insanlar arasında ixtilafların baş verməsi barəsində mətbuatda məlumatlar yayılır. Sabirabad və digər rayonlarda vəhabilər, digər bu təriqətin nümayəndələri arasında ziddiyətlərin yarandığı bildirilir. İnsanlar bu vəziyyətdən çox narahatdırlar.
AZXEBER.COM  xəbər verir ki, bu məlumatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq açıqlama veriblər.
Qurumdan bildiriblər ki, DQİDK ölkədəki dini vəziyyətə nəzarəti həyata keçirir və adıçəkilən məsələlər də diqqət mərkəzindədir. Dövlət Komitəsi bu istiqamətdə araşdırıma aparıb müvafiq addımlar atacaq.
“Eyni zamanda bildiririk ki, dini duruma mənfi təsir edə biləcək istənilən addımların qarşısı alınacaq”.
Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabadda çəkildiyi iddia edilən bir video yayılıb. Həmin vidoeda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.
OXŞAR XƏBƏRLƏR