Beynəlxalq Mətbuat Mərkəzində XALQ.AZ xəbər portalının 4 illik hesabat tədbiri keçirildi. Tədbir iyulun 4-də erməni təxribatçıların törətdikləri vandalizmin nəticəsində həlak olan dinc kənd sakinlərinin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş söz ilə açan portalın baş redaktoru Zaur Mirzə-zadə bildirmişdir ki, xəbər portalı 2013-cü ildən yarandığından müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur.
Saytımız fasiləsiz olaraq dəqiq və operativ informasiya yayımlayır. Xəbər portalı olaraq maraqlı müsahibələri, müəlif yazılarını,araşdırmaları sizlərə təqdim edir. Xəbər portalı Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan,Gürcustan və avropa ölkələrinin aparıcı informasiya agentlikləri ilə əməkdaşlıq edir.Məqsədimiz Azərbaycanın həqiqətlərinin beynalxalq miqyasda tanıdılmasını təmin etmək, ölkədə elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkşafını təmin edən layihələrdə yardımcı olmaq və həyata kecirməkdir. Milli mənəvi dəyərlərin qorunması, azərbaycancılıq məfkürəsinin və Azərbaycan mədən irsini və tarixini geniş təbliğ olunması ilə bağlı işlərin aparılması layihələrin hazırlanması və tədbirlərin işıqlandırılmasını təmin etməkdir. Vətənimiz Azərbaycan üçün beynəlxalq və yerli əhəmiyyət kəsb edən məsələlər üzrə təhqiqat və araşdırma aparmaq, maarifləndirici lahiyələr hazırlamaq, və həyata keçirtməkdir.
Zaur Mirzə-zadə çıxışında bildirib ki, ölkəmizdə hər bir sahədə olduğu kimi bü gün müstəqil mətbuatımızda öz inkişaf mərhələsini yaşayır. Dövlətimizin inkişaf strategiyasının əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, və bu gündə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. KİVDF-u və Mətbuat Şurası tərəfindən keçirən müxtəlif müsabiqələr, və yazılı KİV-ə dövlət tərəfindən maliyyələşdirilməsi bunun göstəricisidir.
Bu gün ölkəmizdə azad söz azadlığı mövcuddur. Ölkə başçımız İlham Əliyev azad sözə, azad mətbuatın inkişafına hər zaman öz dəstəyini göstərir. Möhtərəm prezidentimiz İlham Əliyev hər bir vətəndaşın qayğı və problemləri həlli istiqamətində lazımi tədbirlər görür. Ölkədə ən kiçik problem belə prezidentimizin nəzərinizdən yayınmır. Bütün bunlar ölkə başçısı kimi cənab İlham Əliyevin Vətənimizə, xalqımıza qayğınısının bariz nümunəsidir və daim xalqımızın yanında olmağınız bizi daha da fərəhləndirir. Cənab prezidentin fəaliyyəti dövründə xalqımızın rifahının yüksəlməsi, ölkəmizdəki sabitlik və Azərbaycanın regionda lider dövlətə çevirməsi təqdirəlayiqdir. Bizlər gələcəyimizi düşünülmüş siyasətə etibar etdiyimiz üçün yanılmamışıq. Sonda bu diqqət,qayğıya görə prezident İlham Əliyevə təşəkkürmüzü bildiririk. Zaur Mirzə-zadə qeyd edib ki, dörd ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər XALQ.AZ-la əməkdaşlıq edir və gələcəkdə ingilis və rus dillərində portalın fəaliyyətinin davam etdirəcəklər. Sonda tədbir iştirakçıları portalın fəaliyyətində uğurlar arzulayıblar.











































