Ölkəmizə gələn turistlərdə azərbaycanlılarla bağlı “vəhşi təəssüratı” formalaşdırılır

Ölkəmizə gələn turistlərdə azərbaycanlılarla bağlı “vəhşi təəssüratı” formalaşdırılır
Bütün Xəbərlər
21:34 10.06.2015
11742
Bakıya gələn turistlərə Bakı 2015-in təşkilatçılarından olan Fivecurrent şirkəti tərəfindən “məsləhət vərəqələri” paylanıb. Vərəqədə diqqəti çəkən cəhət Bakı və Azərbaycan, eləcə də Azərbaycan qadınları, kişiləri ilə bağlı yanlış fikirlərin yer almasıdır. Oradakı bəzi nüansları nəzərə çatdıraq:
- Yolu keçərkən keçiddən istifadə edin. Piyada keçidindən keçəndə maşınların duracağını fikirləşməyin, çünki dayanmırlar. Yerli insanlar harda necə gəldi yolu keçir, amma siz bunu etməyin, çünki təhlükəlidir.
- Bilin ki, Bakıda "hə" həmişə "hə" demək deyil. Çünki yerli insanlar "yox" və "bilmirəm" sözlərini istifadə etməkdən çəkinir. Qarşı tərəfin sizi anladığından əmin olana qədər səbrli olun və dediklərinizi təkrar edin.
- Yay boyunca hətta 30+ dərəcə də olsa, görəcəksiniz ki, azəri kişilər şortik geyinmirlər. Əgər şortikdə kişi görsəniz, böyük ehtimal, o, turistdir. Bu, islamla bağlı ənənədir. Şortik geyinmək sizə problem yaşatmayacaq, amma diqqət çəkəcəksiniz.
- Qızların tanımadıqları kişilərlə qardaşı olmadan bir yerə getmələri uyğun deyil. Çox dəstəklənməsə də, yenə də iki qızın oğlanla görüşməsi daha yaxşıdır. (Tək görüşməsinlər mənasında)
- İşlə bağlı olsa belə, bir xanımı bir yerə dəvət etmədən öncə yaxşı fikirləşin, əgər qızın nəsə şübhəyə düşdüyünü görsəniz, yerli bir kişinin sizlə gəlməsini xahiş edin.
- Azəri qızlara axşam saat 9-dan yanlarında qardaşları ( bəzən azəri qızlara axşam saat 9-dan yanlarında qardaşları (hətta bəzən ataları) olmadan küçəyə çıxmaq qadağandır. Bu, həmçinin evli qadınlar üçün də keçərlidir. Komanda olaraq bir şey etmək istədikdə bunu ağlımızda tutmalıyıq.(Bəziləri qardaşı, həyat yoldaşı, atası olmadan iştirak etməyəcəklər.)
OXŞAR XƏBƏRLƏR