Ölkəmizə yeni avtobuslar gətirilir

Ölkəmizə yeni avtobuslar gətirilir
Bütün Xəbərlər
10:14 18.08.2014
541
Sərnişin daşımalarını yüksək səviyyədə təmin etmək üçün cari ilin payızında Bakıya bir neçə yüz sərnişin avtobusu gətiriləcək.Bunu Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov paytaxtın avtobus parkının yenilənməsi zərurəti haqqında suala cavab verərkən deyib.Onun sözlərinə görə, yeni avtobuslar gətirildikdən sonra texniki cəhətdən köhnəlmiş nəqliyyat vasitələrini əvəzləmək imkanı olacaq.N.Həsənov qeyd edib ki, avtobus parkının yenilənməsi üzrə işlər davam edir və artıq payızda bir neçə yüz avtobusun gətiriləcəyi gözlənilir: "Onlar texniki baxımdan qənaətbəxş vəziyyətdə olmayan avtobuslarla əvəz ediləcəklər".
OXŞAR XƏBƏRLƏR