Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır
İQTİSADİYYAT
10:46 02.04.2024
489
"Azercell" 2023-cü il üzrə hesabatı çərçivəsində şəbəkə təkmilləşməsinə dair məlumatları açıqlayır

Rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biri, sürətli texnoloji inkişafın gələcək perspektivlərinə və çağırışlarına dair strateji baxışa malik "Azercell Telecom" MMC 2023-cü ildə ölkənin lider mobil operatoru statusunu qoruyub saxlayıb. Hazırda şirkətin respublika üzrə coğrafi əhatə dairəsi 94,5 %, əhali üzrə əhatəsi isə 98,35 % təşkil edir.

2023-cü ildə də "Azercell" infrastrukturunu ölkə boyu genişləndirməyə və gücləndirməyə davam edib. Belə ki, Bakı, Abşeron və Sumqayıtda 207 stansiyada, bölgələrdə isə 833 stansiyada təkmilləşdirmə işləri aparılıb, bunlardan 100-ü Naxçıvanın payına düşüb. Təkmilləşdirmə işləri ilə yanaşı "Azercell" yeni baza stansiyaları quraraq xidmət şəbəkəsini daha da genişləndirib. 2023-cü ildə Bakı, Abşeron, Sumqayıt ərazisində 65, regionlarda isə 70 yeni stansiya fəaliyyətə başlayb.

Abunəçilərin artan tələblərini qarşılamaq üçün həyata keçirilən şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin keyfiyyətinin yaxşılaşmasına və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. 18 aylıq layihə çərçivəsində "Azercell"in Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası yerləşdirilib və təxminən 1 600 mövcud baza stansiya təkmilləşdirilib.

Nəticədə "Azercell"in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb. Beləliklə də 4G-in son bir ildə əhatə dairəsində 10 %, data trafik həcmində 48 %, internet sürətində isə 100 % artım müşahidə olunub. Modernləşdirmə layihəsi sayəsində Bakıda və Abşeron yarımadasında mobil operatorun şəbəkə tutumu 80 %, ölkənin digər regionlarında isə 75 % artıb.

Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi "Azercell"i mobil operatoru olaraq seçmiş 5 milyondan çox insanı daha sürətli məlumat ötürmə xidməti ilə təmin edib. Nəticə olaraq, "Azercell" abunəçiləri sosial şəbəkələr, multiplayer oyunlar, videokonfranslar və geniş çeşidli rəqəmsal həllər kimi multimedia xidmətlərindən daha rahat istifadə edə bilirlər.

İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu və dördüncü nəsil LTE (4G) radio baza stansiyalarını quran "Azercell"in hazırda Qarabağda bu texnologiya əsaslı 153 baza stansiyası fəaliyyət göstərir. Şirkət 2023-cü ildə həmçinin Ağdərə, Xocalı və Xankəndi şəhərlərini də şəbəkəsinə əlavə edib, bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin olunması istiqamətdə işlərini davam etdirib.

"Yaşıl” texnologiyaların tətbiqinə başlayan mobil operator Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. "Yaşıl” baza stansiyaların enerji tələbatının 60 % günəş enerjisi hesabına qarşılanır. ESG (ətraf mühit, sosial və idarəetmə) Gündəliyi çərçivəsində "Azercell" yaxın illərdə ölkə daxilində yaşıl stansiyaların sayını artırmağı planlaşdırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?