AZXEBER.COM-un məlumatına görə, işgəncəyə məruz qalan Ülkər İsayeva Xəzər Universiteti İnsan Resursları departamentinin eyni zamanda Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzinin rəhbəri vəzifəsində çalışır.
Ülkər mətbuatda da bir sıra məqalələrlə çıxış edib. Onun homoseksuallarla bağlı yazısının buradan oxuya bilərsiniz: https://www.khazar.org/n121/0/Ulker-Isayeva%E2%80%99s-Article-on-Homosexuality-and-Tolerance
Xatırladaq ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Ülkər İsayevanı döyənlər onun tanışları olub. İsayevanı döyən Elçin və Zaur Məmmədov qardaşları əvvəldə tanış olublar. Onların üçlükdə fotoları sosial şəbəkələrdə yayılıb. Fotolara baxanda onların çox mehriban və səmimi olduğu diqqəti cəlb edir. Ülkər İsayevanı döyən iki qardaş əvvəlcə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıblar.
Ülkər İsayeva 2013-cü ildə Aydın Əhmədzadə adlı şəxslə ailə qurub və 2014-cü ildə ondan boşanıb. Bu nikahdan onların bir qız övladı var.
AZXEBER.COM Ülkərin fotolarını və toy videosunu təqdim edir:












