Ölkəyə idxal edilən bəzi tibbi məhsullar əlavə dəyər vergisindən azad edildi - FƏRMAN

Ölkəyə idxal edilən bəzi tibbi məhsullar əlavə dəyər vergisindən azad edildi - FƏRMAN
MANŞET
17:37 27.03.2020
5423
İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı artırılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına daha bir neçə tibbi məhsul əlavə olunub.

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.
 

 


OXŞAR XƏBƏRLƏR