'London taksi'lərinin ikinci partiyası Azərbaycana gətirilir
Bütün Xəbərlər
15:11 26.03.2012
1092
"London taksi"lərinin ikinci partiyasının Azərbaycana gətirilməsinə başlanılıb. "Taxi Baku" şirkətinin direktoru İlqar Qasımov APA-ya deyib ki, şirkətin tərəfdaşı olan Çinin "Manganese Bronze" şirkəti ölkəyə taksilərin 500 maşından ibarət yeni partiyasını göndərir.Qeyd edək ki, indiyədək paytaxta 500 belə maşın gətirilib. "Manganese Bronze" və "Taxi Baku" şirkətləri arasında bağlanmış müqaviləyə görə, 500 maşınlıq ikinci hissənin isə 2011-ci ilin sonunadək gətirilməsi nəzərdə tutulurdu. Lakin müəyyən problemlərilə əlaqədar bu, mümkün olmamışdı. Artıq problemlər aradan qaldırılıb və Türkiyə limanlarından taksi avtomobillərinin gətirilməsinə başlanıb."Bu günədək ikinci partiya üzrə 120 maşın gətirilib, 60-ı gömrük rəsmiləşdirilməsində, qalanı isə yoldadır", - deyə icraçı direktor bildirib.