'London taksi'si piyadanı öldürdü

Bütün Xəbərlər
15:10 09.03.2012
1608
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xırdalan şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla Masazır qəsəbə sakini Etibar Məmmədov vurulub.Nəticədə E.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölüb. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "TX-4 London taxis" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Ramiz Həsənov tərəfindən törədilməsi müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR