Londonda möhtəşəm aksiya baş tutdu - XOCALIYA ƏDALƏT

GƏNCLİK
15:15 25.02.2013
2662

Fevralın 23-də ASAIF-in təşkilatçılığı və dəstəyi ilə və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətlərini təmsil edən və müxtəlif şəhərlərdən Birləşmiş Krallığın paytaxtına üz tutan tələbələrin iştirakı ilə Londonda Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunan Xocalıya Ədalət yürüyüşü və aksiyası keçirildi.

AZXEBER.COM xəbər verir ki, aksiya 3 saat davam etdi, ilk olaraq 12:00-da Trafalqar meydanında toplanaraq Böyük Britaniya Parlamentinə səssiz yürüyüş keçirildi, daha sonra isə aksiya iştirakçıların səsləndirdiyi şüarlarla Böyük Britaniya Parlamenti önündə 2 saat davam etdi.Aksiya indiyədək Londonda keçirilən və bu il Xocalıya Ədalət kampaniyası çərçivəsində keçirilən aksiyaların ən böyüyü kimi yadda qaldı. Aksiyada ilk dəfə olaraq 500-dək təhsil alan və məzun olmuş tələbələr müxtəlif universitetlərdən və şəhərlərdən gələrək iştirak etdilər. Aksiya iştirakçıları arasında London, Oxford, Cambridge, Manchester, Essex, Exeter, Cardiff, Southampton, Newcastle, Bristol, Edinburgh və bir çox başqa şəhərdən gələn Azərbaycanlı tələbələr var idi.Aksiyanın ən yadda qalan hadisələrindən isə yürüyüşdə Azərbaycanı və Türk vətəndaşları ilə yanaşı, Azərbaycanın beynəlxalq dostlarının da, Xocalıya Ədalət tələb edən əcnəbi gənclərin də qatılımı oldu.Bunlar arasında Kipr, Rusiya, Fransa, Amerika, Macarıstan, Romıniya, Finlandiya, Gürcüstan, Türkmənistan və İraqdan olan gənclər aksiyada iştirak edirdilər ki bu da aksiyanın daha effektiv və təsirli olmasına gətirib çıxardı. 3 saatlıq Xocalıya Ədalət aksiyası iştirakçıların şüarları səsləndirməsi, əlda olan bukletlərin yerli və xarici turistlərə paylanması və sonda himnimizin oxunması ilə 15:00-da başa çatdı.Aksiya iştirakçıları ermənilərin Xocalıda, ümumilikdə Dağlıq Qarabağda törətdikləri qətliamları pisləyən şüarlar səsləndirərək, dünya ictimaiyyətini bütün bu hadisələrə biganə qalmamağa çağırıblar.Bundan başqa təşkilatçılar tədbir iştirakçılarına Xocalı ilə bağlı bukletlər paylayıblar, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərlə bağlı ətraflı məlumat veriblər.

OXŞAR XƏBƏRLƏR