Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub

Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
SİYASƏT
09:07 09.11.2026
85
Böyük Britaniyanın paytaxtı Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə "Zəfərin əks-sədası" adlı konsert proqramı təşkil olunub.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib.

Dünyanın ən qabaqcıl konservatoriyalarından olan tarixi Kral Musiqi Kollecində keçirilən tədbir Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan diasporunun nümayəndələri, incəsənət xadimləri və Londonda yaşayan həmvətənlərimiz, həmçinin Türkiyənin Britaniyadakı səfirliyinin yüksək vəzifəli diplomatları iştirak ediblər.

E.Süleymanov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət daşıdığını bildirib.

Qeyd olunub ki, tarixi Zəfərin əldə olunmasında Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və strateji baxışı mühüm rol oynayıb. Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında vahid məqsəd ətrafında birləşərək birlik və həmrəylik nümayiş etdirib. O, Vətən müharibəsi zamanı minlərlə gəncin həyatını itirdiyini xatırladaraq, bu Qələbənin arxasında böyük fədakarlıqların dayandığını qeyd edib.

Azərbaycan vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar hazırda ölkənin tarixində xüsusi dövrü yaşayırlar. O, bu tarixi məqamın əhəmiyyətinin unudulmamasının, xalqın birlik və həmrəyliyinin qorunmasının, gələcəyə doğru birgə addımlamağın vacibliyini vurğulayıb.

Diplomat çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününə də toxunub. Azərbaycan bayrağının bu gün ucalarda dalğalanmasının böyük mübarizə və fədakarlıqlar hesabına mümkün olduğunu bildirən səfir, şəhidlərin xatirəsinin daim yaşadılmasının və üçrəngli bayrağımızın hər zaman uca tutulmasının əhəmiyyətini qeyd edib.

Daha sonra Türkiyənin Britaniyadakı səfirliyinin birinci müşaviri Əlvan Hacıəfəndioğlu çıxış edib. O, Azərbaycan xalqını Zəfər bayramı münasibəti ilə təbrik edib. Ə.Hacıəfəndioğlu "Bir millət, iki dövlət" ifadəsinin iki ölkə arasında dərin bağları göstərdiyini söyləyərək Türkiyə və Azərbaycanın hər zaman yan-yana dayandığını və həmişə də belə davam edəcəyini əlavə edib.

Tədbir bədii proqramla davam edib. Səadət Fərziyevanın rəhbərlik etdiyi "Qarabağ" məktəbinin və "Acapella" akademiyasının tələbələri müxtəlif musiqi əsərləri ifa ediblər. Həmçinin konsert proqramında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva, Londonda yaşayan istedadlı həmyerlimiz, müğənni Emin Eminzadə, kamança ifaçısı Rasim Fərziyev və Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov çıxış edərək Azərbaycan və dünya musiqilərindən nümunələr ifa ediblər.

Konsertde iştirak edən Britaniyadakı həmyerlilərimiz "Can Qarabağ", "Yaşa Azərbaycan", "Ey əziz Anam, Azərbaycan" və sairə mahnıları musiqiçilərlə birgə səsləndirərək Zəfər coşqusu yaşayıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
09:25 09.11.2026
Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
09:17 09.11.2026
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - ABŞ-yə xəbərdarlıq
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
09:07 09.11.2026
Londonda Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
08:58 09.11.2026
Kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
08:44 09.11.2026
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
08:36 09.11.2026
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
08:30 09.11.2026
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
08:24 09.11.2026
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
08:17 09.11.2026
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
08:03 09.11.2026
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
07:54 09.11.2026
Rubio: ABŞ-İran danışıqlarında irəliləyiş yoxdur
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
07:00 09.11.2026
Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
06:48 09.11.2026
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
06:36 09.11.2026
"Barselona" "Atletiko Madrid"i geridönüşlə məğlub etdi
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
06:23 09.11.2026
“38 körpünü bir saata dağıda bilərik” - Tramp İranı hədələdi
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
06:13 09.11.2026
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub