“Lotu Quli”nin güllələnən yaxın adamı öldü - VİDEO

KRİMİNAL
23:36 27.01.2022
512
Keçən ay Gürcüstanın Qardabani rayonunda güllələnən kriminal avtoritet ölüb.

Türkiyədə qətlə yetirilən qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamlarından hesab olunan "Təhləli Canpolad" həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, keçən ilin dekabr ayında kriminal aləmdə "Təhləli Canpolad" kimi tanınan şəxs "Range Rover” markalı avtomobillə gedərkən ona 20-dən artıq atəş açılıb. Bu zaman avtomobildə olan kriminal avtoritet ağır yaralanıb.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq, təcili əməliyyat olunmuşdu. Həkimlər onun vəziyyətini ağır qiymətəndirirdi.

Gürcüstan Daxili İşlər Nazirliyindən faktla bağlı Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlamışdı.
 
\Manset.az
 

OXŞAR XƏBƏRLƏR