“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”

“Ölüm şəhəri”ndəki azərbaycanlı: “Dörd saat gecikdik, şəhəri bağladılar, çıxa bilmədik”
SOSİAL
22:35 28.01.2020
4332
Çin hökuməti tövsiyə edib ki, zərurət olmadıqda evdən bayıra çıxmayaq. Əslində şəhərə çıxmağa lüzum da yoxdu, çünki ictimai nəqliyyat işləmir, hər yer bağlıdır. Şəhərə giriş və çıxış qapadılıb. 

Bunu Lent.az-ın əməkdaşıyla söhbətində Çinin Huazhong Elm və Texnologiya Universitetinin doktorantı, hazırda bütün dünyanın diqqətində olan və dəhşətli koronavirusun yayıldığı Uhan şəhərində təhsil alan Leyla Quliyeva bildirib. 

Leyla xanımın dediyinə görə, əslində bir neçə gün əvvəl xəbər verilib ki, 4 saatdan sonra şəhər bağlanacaq, kim bacarsa, Uhanı tərk etsin. 

"Amma bu barədə gec eşitdiyimizdən mən və bir neçə azərbaycanlı şəhəri tərk edə bilmədik. Hələ ki azərbaycanlılar arasında zərər çəkən yoxdur. Evdəyik, küçəyə çıxmırıq”. 

Həmsöhbətimizin dediyinə görə, ərzaqla təminatlarıyla bağlı heç bir problem yoxdur. Həm yerli meriya, həm oxuduğu Universitet, həm də Çindəki Azərbaycan səfirliyi bu sarıdan onlara hər cür köməkliyi göstərir. 

"Hazırda hökumət gücləndirilmiş iş rejiminə keçib. Şəhərdə qalanları daim qripə qarşı təlimatlandırırlar. Məsələn, bizə deyirlər ki, gündə bir neçə dəfə əllərinizi yuyun, spirtlə dezinfeksiya edin, paltarlarınızı dəyişin. Bütün bunları etməyə məcburuq. Biz burda qalacağıq, ya Azərbaycana qayıdacağıq, bu barədə rəsmi qərarı gözləyirik. Amma bir məqamı da qeyd edim ki, oxuduğum Universitet, necə deyərlər, tələsməməyi, bir qədər gözləməyi xahiş edir”. 

Leyla xanım onu da deyir ki, Uhanda vəziyyət pis olsa da, dünya mediasının yazdığı kimi, fəlakətli deyil. 

"Ölənlərin sayı rəsmi rəqəmlərdən çox deyil və şişirdilmiş rəqəmlərə inanmayın. Bu, bir qrip simptomudu. Çin hökuməti var gücüylə epidemiyanın qarşısını almağa çalışır. Qripdən ölənlərin əksəriyyəti qocalardır. Nə bir cavan ölüb, nə də uşaq. Bu da yaşlı adamlarda immun sisteminin zəifliyi ilə bağlıdır. İnşallah, bu bəla keçib gedər”, - deyə o bildirib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO