Bakı Şəhəri üzrə Təhsil İdarəsi Hövsandakı 118 nömrəli məktəbdə baş verən aksiya ilə bağlı məlumat yayıb.
AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, baş verənlər tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar bildirir ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir.
Təhsil Nazirliyindən verilən məlumatda isə bildirilir ki, 118 saylı məktəbdə baş verənlər nazirliyin nəzarətindədir. Etiraz aksiyasına səbəb olan olaylarla bağlı TN rəsmi yekun açıqlama verəcək.
Orxan