Ölümlə hədələnən deputat son çıxışında bu qurumu sərt tənqid etmişdi - VİDEO

Ölümlə hədələnən deputat son çıxışında bu qurumu sərt tənqid etmişdi - VİDEO
SOSİAL
13:40 17.02.2022
1144
Fevralın 15-də deputat Tahir Kərimli Millli Məclisin plenar iclasında çıxış edərkən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini sərt tənqid etmişdi. 
 
AZXEBER.COM xəbər verir ki, Tahir Kərimli bu çıxışından sonra ötən gün oyuncaq əjdaha ilə video çəkib və video sosial şəbəkələrdə sürətlə yayılaraq xeyli müzakirələrə səbəb olub. Tahir Kərimli onu ölümlə hədələyən şəxslərə səslənib: "Ey məni ölümlə hədələyən, sən məni öldürməklə adi bir insanı ortadan götürəcəksən. Amma mənim yerimə minlərlə oğul yetişəcək ki, onlar dövlətimizi daha da irəli aparacaq. Sən heç kimsən” – deyə, o bildirib.
 
Qeyd edək ki, bu videodan sonra Tahir Kərimli məsələyə aydınlıq gətirmək üçün edilən zənglərə cavab vermir. Deputatdan xəbər tutmaq mümkün deyil.
 
O Milli Məclisdəki çıxışında demişdi: 
 
"AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edir, sahibkarların başına oyun gətirir, bu qədər cərimə olar? "Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual veririk, deyirlər ki, dövlətin gücü buna çatır, amma cərimələr 300-400% artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? Bu layihələr qurumlar tərəfindən hazırlanır, Prezident Administrasiyasına göndərilir, biz də onu təsdiqləyirik, oluruq pis adam. Qaza qarışdırıb bizə hava satırlar. Buna görə mənim xalqıma cərimə tətbiq edəcəklər? Ay hökumət, niyə parlamenti pis vəziyyətdə qoyursunuz, niyə bu layihəni irəli sürürsünüz? Normativ hüquqi aktlarda publik hüquqi şəxslərin cərimə edilməsinə rast gəlmədim. Bu publik hüquqi şəxslər ancaq cərimə etməklə məşğul olacaq? AQTA Yasamalda göyərti satanı 1400 manat cərimə edir, sahibkarların başına oyun gətirir, bu qədər cərimə olar? Prezidentdən xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin. Neftin qiyməti 100 dollara çatıb. Cərimə hesabına büdcəni doldurmaq lazım deyil. Publik hüquqi şəxsləri cərimə hesabına niyə saxlayaq?”
 
Aydın Nuri
 

OXŞAR XƏBƏRLƏR