Ölümü ilə bütün ölkəni yasa boğan Günayın bu ay toyu olacaqdı - FOTOLAR

Ölümü ilə bütün ölkəni yasa boğan Günayın bu ay toyu olacaqdı - FOTOLAR
Bütün Xəbərlər
00:10 02.09.2013
19084

"Həyat dolu bir qız idi. Neyləmək olar, onun da qədəri belə imiş..."

Avqustun 30-u gecə saatlarında aeroport yolunda baş verən qəzada Bakı Metropoliteninin işçisi Günay Məmmədovanın ölümü haqqında məlumat vermişdik. Onu Heydər Əliyev prospektində maşın vurub. Hadisə şahidləri bir neçə maşının Günay Məmmədovanın üstündən keçdiyini bildiriblər.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü G.Məmmədova “Gənclik” metrosunda qatarları qəbul edib yola salan növbətçi xanım olub. Onun faciəli ölümü, necə bir insan olması haqqında öyrənmək üçün çalışdığı yerə - “Gənclik” metro stansiyasına yollandıq. İş yoldaşlarının G.Məmmədovanın adını eşidən kimi gözləri dolurdu. Hər kəs onun gülərüz, həyat dolu bir xanım olduğunu bildirirdilər: “Günay çox yaxşı bir qız idi. Heç kim onun haqda bir kəlmədə yanlış düşüncədə olmayıb. Öz yerini bilən, gülərüz, şən bir qız idi. O çoxdan burada çalışırdı. Sentyabrda toyu olacaqdı”...

Bu sözləri demişdilər ki, qəhər onlara danışmağa imkan vermirdi. Söhbətimizi “Gənclik” metro stansiyasının rəisi Seymur Süleymanovla davam etdirdik. S.Süleymanov onun faciəli ölümünə üzüldüyünü dedi: “Nə yaxşı şeylər varsa, onun haqqında demək olar. Günayın faciəli ölümünə üzülürük. Bu yaxınlarda ailə qurası idi. Bununla əlaqədar olaraq da sentyabrın 1-dən məzuniyyətə çıxmalı idi. Bu gün onun son iş günü olmalıydı, amma bir gün öncə həyatına son qoyuldu... Həyat dolu bir qız idi. Neyləmək olar, onun da qədəri belə imiş. Allah rəhmət eləsin”.

Qeyd edək ki, faciəli şəkildə ölən G.Məmmədova Səyyad Əlizadənin “Bizim Metropoliten” klipində də çəkilib.

Daxili İşlər Nazirliyi Bakı metropoliteninin işçisi Günay Məmmədovanın faciəvi ölümü ilə bağlı məlumat yayıb. DİN-in saytında yerləşdirilən məlumatda deyilir ki, avqustun 30-da saat 20.00 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi “BMW X-5" markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır./musavat.com/

OXŞAR XƏBƏRLƏR