Ağır formada xərçəng xəstəsi olan 28 yaşlı çinli ölümünə az qaldığını bilir.
O, ailə həyatı qurmaq istəyirdi.
Amma dünyadan köçməsinə az qaldığını bildiyindən, evlənəcəyi qadını dul qoymaq fikrində də olmadığını söyləyirdi.
Beləcə o, kukla ilə evlənmək qərarına gəlib.
Çinin Şençjen şəhərində o, özünə toy edib və gəlin də bahalı, silikon kukla olub.
Ölümcül xəstə olan bəy toy günündən əvvəl "gəlin"lə fotolar çəkdirib və bu fotoları da sonradan İnstagram-dakı akkauntunda paylaşıb.
Toya o, 100-ə yaxın qonaq çağırmışdı.
Qonaqlar gəlinin kukla olduğunu bilsələr də, sanki, heç nə olmayıbmış kimi davranıblar. (milli.az)






