Bu şəxs Milad gecəsi şəhərin qərbindəki Pinyeyrus səmtində iki mənzili qarət edib. O, paltarlar, krossovkalar, ətirlər, elektron avadanlıqla yanaşı, bayram masasındakı ənənəvi "panettone" kökəsini də aparıb. Qarət edilmiş mənzillərin sahibləri polisə zəng vurandan sonra oğru dərhal tutulub. O, ələ keçəndə əynində paltar olmayıb. Onun məhbus olduğu və həbsxanada nümunəvi davrandığı üçün Milad günündə evə buraxıldığı aşkarlanıb.(milli.az)