Müğənni Rəqsanə müalicəsinə nə qədər pul xərcləyib?

Müğənni Rəqsanə müalicəsinə nə qədər pul xərcləyib?
ŞOU-BİZNES
19:08 24.02.2011
1704

Fevralın ilk ongünlüyündən başlayaraq, səhhətində yaranan ciddi problemlərdən qurtulmaq üçün xarici dövlətlərə üz tutan qalmaqallı estrada müğənnisi Rəqsanə İsmayılovanın ümumilikdə xərclədiyi pulların miqdarı məlum olub. Trend-in apardığı araşdırmanın sonunda müğənninin bu prosesə 44 000 dollar xərclədiyi üzə çıxıb.
Bir neçə etibarlı mənbənin verdiyi məlumata görə, Bakıdakı müayinələr üçün müğənni gözüyumulu olaraq 7 min ABŞ dollarından keçib. Nəzərə alsaq ki, Rəqsanənin şikayəti başına yığılmış arzuolunmaz maye ilə bağlıdır, demək, o, dolayısı ilə onkoloji xəstə kimi müalicə alıb.
Qəbul etdiyi dərman preparatlarının bəzisini pulsuz əldə etməsinə baxmayaraq, qəfil qərar verib fevralın 10-da İstanbula gedən müğənni qardaş ölkədə bir sutkadan az qalsa da, haradasa 8 min ABŞ dollarından keçməli olub. Dubayda yerləşən "Iranian hospital" klinikasına VIP xəstə kimi öncədən sifariş müğənniyə 2 min dollara başa gəlib. Sağalmaq üçün çıxdığı yolda bacısını özünə dərd ortağı götürən Rəqsanənin yemək və qalmaq üçün haradasa 1500 dollar xərclədiyi deyilir.
Avaibiletlərin alınmasına isə İsmayılovlar ailəsi (İstanbula getmək, oradan Dubaya, Dubaydan yenidən Bakıya qayıtmaq da daxil olmaqla - red.) ümumilikdə 2 500 dollara yaxın pul xərcləyiblər. İndi yazacağımız rəqəm oxuculara fantastik görünsə də, müğənninin Dubayda yerləşən "Iranian hospital" klinikasında çəkdiyi xərcin ümumi dəyəri 23 min dollarla ölçülür.
Mənbələrdən biri iddia edir ki, xərclənən bütün pulları son qəpiyinə kimi Rəqsanənin Türkiyədə yaşayan türk əsilli biznesmen dostu ödəyib.

Trend olaraq müğənninin prodüseri Təranə Səmədova ilə əlaqə saxladıq. "Araşdırmanızın doğru və ya yalan olduğunu nə təsdiq, nə də təkzib etmək istəyirəm. Rəqsanənin müayinə, eləcə də müalicəsi üçün xərclədiyi maliyyə vəsaiti haqqında da hansısa informasiyam yoxdur. Bütün detalları özü bilir. Və əgər ehtiyac duyarsa, bunu mətbuata açıqlayar", - prodüser fikirlərini belə izah etməyə çalışdı.
Artıq 2 gündür Bakıda olsa da, Rəqsanə İsmayılova jurnalistlərin israrlarına baxmayaraq, hələ ki hansısa KİV-ə başına gələn arzulolunmaz xəstəliklə bağlı ətraflı müsahibə vermək niyyətində deyil. Müğənniyə Allahdan şəfa diləyib, Siz oxucularımıza araşdırmamızı davam etdirəcəyimizi xatırlatmağı lazım bilirik.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi