Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə aprelin 17-də axşam saat 19.00 radələrində Quba-Bakı yolunda yerləşən Zarat postu yaxınlığında qeydə alınıb.
Məlumata görə, DYP əməkdaşları Faiq Azayevin idarə etdiyi “Mercedes” markalı, 10 EH 011 dövlət nömrə nişanlı avtomobili radara düşdüyü üçün (165 km/saat) saxlayıblar. Bu zaman sürücü avtomobilə yaxınlaşaraq sənədləri tələb edən polisə etirazını bildirib və kobud rəftar edib. Polis əməkdaşı sürücünü müvafiq sənədləşmə aparmaq üçün posta dəvət edib. Posta daxil olan sürücü və onun yanında olan sərnişinlər – müğənni R. İsmayılova, onun rəfiqəsi Təranə Səmədova polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bundan başqa hər üç şəxs onları intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirib və müqavimət göstəriblər. (APA)
AZXEBER.COM portalı hadisə ilə bağlı videoları təqdim edir...