AZXEBER.com-un məlumatına görə bu qərar, Mübarəkin 30 illik iqtidarına nümayişləri ilə son verən hərəkat liderlərinin tələbi ilə qəbul edilib. Qərara uyğun olaraq Misir Milli Demokratik Partiyasının əmlakı müsadirə ediləcək və buraxılacaq.
Qeyd edək ki, Misir Milli Demokratik Partiyası 1978-ci ildə Ənvər Sədət tərəfindən yaradılıb. Partiya yarandığı vaxtdan Misir siyasətində liderlik edib.