Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş Mini futbol Turnirinə start verildi

GƏNCLİK
14:45 09.12.2010
2461

 

Təşkil edilmiş turnirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov, AzTU-nun tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov, Könüllü hərbi-vətənpərvərlik texniki idman cəmiyyətinin sədri general-mayor Novruzəli Orucov və ATGTİ sədri Şahin İsmayilov iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının himnin səslənməsi ilə başladı və M.İbrahimovun xatirəsi 1 dəqiqəlik sükutla qeyd edildi. Daha sonra çıxış edən İ.Babayev qeyd etdi ki, Azərbaycanın Mübariz İbrahimov kimi minlərlə igid oğulları və qızları var. Ardınca çıxış edən qonaqlar ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin heç vaxt unudulmadıqlarını qeyd etdilər və ATGTİ sədri Ş.İsmayilova bu cür layihənin təşkilinə görə təşəkkür etdilər.

Turnir çərçivəsində keçirilmiş ilk oyunda AzTU “Xəzər” Universiteti ilə qarşılaşdı. Oyunun nəticəsinə görə AzTU 6-0 hesabla rəqibinə qalib gəldi.

Tədbirin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş şahidlərin xatirəsini yad etmək, onları gənclərə tanıtmaq, eyni zamanda gənclərin asudə vaxtını düzgün təşkil etməkdən ibarətdir.

Qeyd edək ki,Bu turnir ATGTİ–nin Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin  xatirəsinə həsr etdiyi silsilə tədbirlərdən üçüncüsu oldu.

OXŞAR XƏBƏRLƏR