Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları artırıldı

Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları artırıldı
Bütün Xəbərlər
14:27 25.06.2011
1781

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. AZXEBER.COM-un Prezidentin rəsmi saytına istinadən yaydığıı məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2011-ci il iyulun 1-dən qüvvəyə minir.

 

OXŞAR XƏBƏRLƏR