Amma təbii ki, Müsavatın qərargahı məscid deyil ki, toxunulmaz olsun. Burada hər bir gənc öz fikrini və etirazını dinc şəkildə bildirə bilər, burada qəbahət bir iş yoxdur". Bu sözləri AZXEBER.COM-a eksklüziv açıqlamasında keçmiş millət vəkili Aynur Camalqızı deyib.
Xatırladaq ki, bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasını təmsil edən bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları müxalifətin 2 aprel aksiyasını pisləyiblər.