Onun sözlərinə görə, bortunda Ayaz Müətllibovun da olduğu güman edilən Moskva-Bakı təyyarəsi artıq hava limanına enib, ancaq Mütəllibovun sərnişinlər arasında olmayıb.
Gözlənilir ki, eks-prezident növbəti reyslə gələn təyyarədə olacaq.
Reportyorumuzun dediyinə görə, Mütəllibovu çoxsaylı jurnalistlərlə yanaşı xüsusi maşın karvanı da gözləyir.
Onu da qeyd edək ki, bu gün vəfat etmiş oğlunun dəfnində iştriak etmək üçün Bakıya gəlməsi gözlənilən eks-prezidenti qayıdışı ilə bağlı iki rəy var. Bir mənbə onun gecə gələcəyini bildirir, digər mənbə gəlmək qərarının gecə veriləcəyini deyir.