Bu barədə İctimai Palatanın təsisçilərindən olan Aqil Səmədbəyli bildirib. Onun sözlərinə görə, İctimai Palatanın koordinasiya şurasının bu gün növbədənkənar keçirilən iclasında ötən həftənin cümə və şənbə günləri keçirilən kütləvi aksiyalardan sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət müzakirə edilib. Burada kütləvi aksiyalarla bağlı məsləhətləşmələr aparılıb, aparıcı müxalifət partiyalarının birgə mitinqini təşkil etmək barədə qərar qəbul edilib.