Məşhur baxıcı Azərbaycanın "Eurovision"da tutacağı yer barədə proqnoz verdi

Məşhur baxıcı Azərbaycanın "Eurovision"da tutacağı yer barədə proqnoz verdi
ŞOU-BİZNES
10:52 15.02.2011
5243
Məşhur baxıcı və caduçevirən Yeganə Zeynalova bu il keçiriləcək  “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanın neçənci yer tutması barədə açıqlama verib. Bu barədə Milli.Az xəbər portalına danışan baxıcının sözlərinə görə, finalçılar Eldar Qasımovla Nigar Camalın seçilməsi onun ürəyincə oldu. Yeganə xanıma gələn dəvətnamələrin sayının çox olmasına baxmayaraq, o, səhhətində yaranan problemlə bağlı Azərbaycan Dövlət Milli Dram Teatrında baş tutan final konsertinə gedə bilmədi. Lakin canlı yayımı evdə izləyib: "Sevinirəm ki, Azərbaycan günü-gündən inkişaf edir. Seçim turları hər il daha da möhtəşəm keçirilir. Eldarla Nigar o səhnəyə çox yaraşırlar". 

Baxıcı bildirib ki, o, Eldar Qasımov-Nigar Camal cütlüyünü uğurlu seçim hesab edir, amma səs imkanlarına görə onları üstələyən İlhamə Qasımovanın çıxışı isə onda təəssüf doğurub: "Mən ailə üzvlərimlə evdə müsabiqəni izləyirdim. Birdən qızlarımdan biri sual verdi ki, “mama, səncə kim gedəcək?” Mən artıq Eldarı görmüşdüm, amma onu tək görmürdüm. Eldarın yanında qız da görürdüm. Düzü İlhamə Qasımovanın çıxışı məni çaşdırdı. Amma fikrimcə, İlhamə “Eurovision” səhnəsi üçün deyildi. Onun çox gözəl səsi var. Finaldakı iştirakçıların içində ən gözəl səs İlhamənindir. Amma xarici görünüşü bu müsabiqədə iştirak etməyə imkan vermədi. Mən onun çıxışına baxanda, öz-özümə sual verdim ki, bəs bu ikinci nəfər kimdir görəsən? Amma seçilən Nigar Camalın həm xarici görünüşü, həm digər dilləri daha yaxşı bilməsi onun köməyinə çatdı. Ancaq etiraf etmək lazımdır, Nigarın səsi heç vaxt İlhamənin səsinə çata bilməz" - deyə Yeganə Zeynalova bildirdi.

Baxıcı özünün favorit iştirakçıları kimi 3 nəfəri - Eldar, Nigar və İlhaməni seçmişdi: “Hər üçü maraqlı idi. Eldara isə söz ola bilməz”.   

Finalçıların istedadını yüksək dəyərləndirən baxıcı, Eldar Qasımovun parlaq gələcəyi olduğunu dedi: "Onlar ikisi də istedadlı və bacarıqlıdırlar. Amma Eldar Qasımovun həyatı boyunca daha çox uğurları olacaq. O, çox qabağa gedəcək. Nigarın da yaşıl işığı görünür. Amma o xanım nə vaxtsa səhnədən gedəcək". 

Azərbaycan 7-14-cü yerlər arasında qərarlaşacaq?

Yeganə Zeynalova həmçinin hər kəsin maraqlandığı məqam - Azərbaycanın bu il neçənci yerə çıxması barəsində də açıqlama verdi: “Bu il Azərbaycanı 7-14 pillələr arasında görürəm. Amma bir məsələ də var, bu yarışmada sms böyük rol oynayır. Bəlkə kiminsə pulu çox oldu və o, küllü miqdarda vəsait yatırdı ki, Azərbaycan birinci yerə çıxsın. Mən bunu hələ ki bilmirəm. Ancaq bu günlük gördüyüm odur ki, Azərbaycan 7 - 14-cü yerlər arasındadır". 

Baxıcı xanım digər finalçılar İlqarə və Aynişan haqqında da danışdı: "Məşhur müğənnilərimizin qızları öz analarının ayaqqabısını geyinsələr də, hələ anaları kimi yeriyə bilmirlər. Onların hələ ki sənətdə analarına çatmaqları mümkün deyil, tezdir".

//milli.az

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib