Məşhur müğənni heroindən istifadə edərkən yaxalandı
ŞOU-BİZNES
19:47 13.12.2010
1936
Az əvvəl 18 yaşına qədəm qoyan məşhur müğənni Miley Cyrusun narkotik vasitə istifadə edərkən çəkilən görüntüləri internetə sızıb. “Hannah Montana” adlı teleşou ilə kiçik yaşda şöhrət qazanan Miley Cyrusun videogörüntülərdə heroindən istifadə etdiyi açıq şəkildə görünür.
Qeyd edək ki, Miley Cyrus bu ilin iyun ayında “Britains Got Talent” adlı televiziya yarışmasında onu müşayiət edən rəqqas qızlardan biri ilə öpüşərək diqqəti cəlb etmişdi. //lent.az