Evlərlə yanaşı qəsəbəyə müasir standartlara uyğun kommunikasiya xətləri çəkiləcək, yaşayış məntəqəsi tam olaraq qazlaşdırılacaq. Ərazidə həmçinin sosial obyektlər də inşa olunacaq.
“15 siniflik məktəb, 50 yerlik uşaq bağçası, klub inzibati bina da nəzərdə tutulub. Qarabağ kanalından buraya içməli su çəkiləcək. 2 ədəd 500 kubmetr həcmində su anbarı tikiləcək”, - deyə Novruz Əliyev əlavə edib.
Yeni yaşayış məntəqəsində hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılıb. Bura Ağcabədinin Taxtakörpü və Alman şəhərciyi adlanan ərazisindəki fin evlərdə məskunlaşmış məcburi köçkünlərin bir hissəsinin yerləşdirilməsi nəzərdə tutulub. Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev köçkünlərin digər qismi üçün də yeni evlərin tikintisinin planlaşdırıldığını bildirib.
“Artıq bu məqsədlə Nazirlər Kabineti 627 ha torpaq sahəsi ayırıb. Hər bir obanın özündə 3400 məcburi köçkün ailəsi üçün yeni mənzillərin tikilməsi nəzərdə tutulub. Artıq işlər lahiyələndirmə mərhələsindədir”, - deyə İlham Quliyev qeyd edib.
Qeyd edək ki, 1500-ə qədər işçi qüvvəsinin cəlb olunduğu inşaat işlərini 15 tikinti təşkilatı həyata keçirir. Qəsəbənin bu ilin iyun ayında təhvil veriləcəyi bildirilir. //Ans Press