Məhkəmə işçilərinin əmək haqları artırıla bilər

Məhkəmə işçilərinin əmək haqları artırıla bilər
Bütün Xəbərlər
08:36 23.05.2011
2273
Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Trend

Əli Hüseynlinin sözlərinə görə, rayon, şəhər məhkəmələrinin iclas katibləri və hakim köməkçiləri digər birinci instansiya məhkəməsinin iclas katibləri və hakim köməkçilərindən fərqli təsnifata daxil ediliblər və fərqli əmək haqqı alırlar.

“Məhkəmə aparatı əməkdaşlarının əmək haqlarının artırılması barədə mütləq düşünmək lazımdır. Bu, həm məhkəmə hakimiyyətinin işinin keyfiyyətinə müsbət təsir göstərər, həm də həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin tərkib hissəsi olar”, - komitə sədri vurğulayıb.

Əli Hüseynli qanunvericiliyə bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklifi irəli sürəcəyini deyib.

Rayon, şəhər məhkəmələri 7-ci kateqoriya, birinci instansiya məhkəmələrindən olan Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmələr, iqtisadi məhkəmələr, hərbi məhkəmələr isə 5-ci kateqoriya dövlət orqanları sırasına daxil edilib. Həmin məhkəmələrin aparat işçiləri də dövlət qulluqçularının təsnifatında fərqli yer tutublar.

 

OXŞAR XƏBƏRLƏR