İngiltərədəki həbsxanaların birində məhkumlar yeni ili üsyanla qarşılayıblar. Londonun 95 kilometr cənubdakı Arundel yaxınlığındakı cəzaçəkmə müəssisəsində məhbuslar yeni ilin ilk saatlarında həbsxananın şüşələrini qırıb, yanğın törədiblər. İngiltərənin Ədliyya Nazirliyi məhkumların üsyan qaldırdığını təsdiq ebib. Üsyanın səbəbi açıqlanmasa da, həbsxanada cəzalarının bitməsinə 2 ildən az qalan məhkumların saxlanıldığı bildirilib.//anspress