Məktəbə hicabla getmək problemi: Millət vəkilləri və ziyalılar bu barədə nə düşünür? - SORĞU

Məktəbə hicabla getmək problemi: Millət vəkilləri və ziyalılar bu barədə nə düşünür? - SORĞU
MARAQLI
20:35 10.12.2010
2496

“Azərbaycan qanunvericiliyində hicaba qadağa yoxdur. Lakin hansısa təhsil müəssisəsi daxili normativ hüquqi aktlarla buna qadağa qoya və ya icazə verə bilər”. Bu açıqlamanı  Milli Məclisin deputatı Aydın Mirzəzadə verib. 

Onun sözlərinə görə, «Təhsil haqqında» qanunda hicabla bağlı hər hansı bir müddəa yoxdur. Lakin təhsil müəssisələri öz daxili nizamnamələrinə əsaslanaraq müvafiq qərarlar qəbul edirlər: «Əgər məktəblər vahid geyim formasına keçirlərsə, məktəbə hicabla gəlib-gəlməməyə icazə vermək məktəbin öz hüququdur. Mən bu məsələdə Təhsil Nazirliyi ilə həmrəyəm. Bu məsələni siyasiləşdirmək və ya hansısa istiqamətə yozmaq düzgün deyil».

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə ümumilikdə təhsil müəssisələrində hicaba qadağa qoyulmasına tərəfdar olduğunu vurğulayıb: “Orta məktəbə hicabla getmək tam qadağan olunmalıdır. Orta məktəb şagirdi hələ şəxsiyyət kimi formalaşmayıb ki, hansısa dini görüşü olsun. Məktəbin öz qayda qanunları var”. 

“Müstəqil olmamışıq ki, çadraya bürünək. Cəmiyyət bu kimi hallara qarşı mübarizə aparmalıdırlar”. Bu açıqlamanı  Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid verib.

O bildirib ki, qadınların hicab taxmasının əleyhinədir: “Kimlərsə məhdud dairədə, evində hicab taxırsa, onun qarşısını almaq olmaz. Amma Azərbaycan dünyəvi dövlətdir. Ölkənin təhsil müəssisələrində, orta məktəblərdə şüuru tam formalaşmamış qızlara valideynlər tərəfindən baş örtüsü taxdırmaq və məktəbə bu cür getməyi tələb etmək Azərbaycan dövlətinə qarşı təxribatdır. Bu, Konstitusiyaya qarşı çıxmaqdır. Bu mövqedə olan insanlar cəmiyyətin qınağına tuş gəlməlidir. Təhsil Nazirliyinin mövqeyini düzgün sayıram. Uzun illər Azərbaycanın ziyalıları mübarizə aparıb dini fanatizmdən xalqı uzaqlaşdırmağa çalışıblar”. 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Konstitusiyanın “Din və dövlət” adlanan 18-ci maddəsinin birinci bəndində göstərilir: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Əsas qanunun 3-cü hissəsində isə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd olunub: “Hicab isə dini geyim və atributdur. Deməli, onun dünyəvi təhsil müəssisəsində olmasını qanun qadağan edir. Hətta dövlət qurumlarına da hicabla daxil olunması açıq qadağan edilməlidir. Vaxtilə “Təhsil haqqında” qanun müzakirə olunanda mən Milli Məclisdə bu maddənin çıxarılmasının əleyhinə oldum. Çox təəssüf ki, o vaxt çoxluq hicabın qadağan edilməsinin açıq yazıldığı maddənin çıxarılmasının tərəfdarı oldu”. 

Q. Həsənquliyev Təhsil Nazirliyinin bu məsələ ilə bağlı mövqeyini doğru hesab etdiyini də vurğulayıb. 

Bakı Dövlət Universitetinin professoru, politoloq Rüstəm Məmmədov bildirib ki, SSRİ dağılandan sonra İslama yanaşma dəyişib və bu mənada hicab modeli ortaya çıxıb: “Azərbaycan Türkiyəyə yaxınlaşdıqca bu ölkənin hicab mədəniyyətini də qəbul etməyə başladı. Azərbaycan üçün qeyri-stabil vəziyyət yaradıb. Dərs dediyim auditoriyada hicabın sayının ilbəil çoxaldığını görürəm. Hicablı qızlar digərlərindən fərqlənir. Yəni onların davranışında bir kodlaşma hiss olunur. Bu Avropa məntiqli cəmiyyəti çaşdırır. Hicaba qayıtmağımız nə dərəcədə düzgündür? Biz bu modeli Türkiyədən aldıq və indi də görürük ki, Türkiyə hicaba qərq olmaqla heç nəyə nail olmadı, əksinə geri getdi”.

R. Məmmədov deyib ki, Azərbaycanda bu modelin təlqin olunmasını istəmir: “Tam azadlıqdan sui-istifadə edərək, dini ideologiyanın təbliği cəmiyyətdə ciddi toqquşma yaradacaq”. 

Tarixçi-alim Kərim Şükürov isə söyləyib ki, orta məktəblərdə geyimlə bağlı şagirdlərdən çox valideynlər qərar verdiyindən bu məsələyə münasibət mürəkkəbdir: “Ali məktəblərdə qismən də olsa tələbələrin geyimlə bağlı mövqeyi olur. Orta məktəblərdə bu məsələyə münasibət daha mürəkkəbdir. Ümumi ziddiyyətə gətirməmək, cəmiyyətdə sosial narazılıq yaratmamaq üçün ən yaxşı çıxış yolu insanlara seçim verməkdir. İnzibati resurslar vəziyyəti gərginləşdirə bilər”.

mənbə: APA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər