"Məleykə xanım universitetlərin reytinqini müəyyənləşdirə bilməz"

"Məleykə xanım universitetlərin reytinqini müəyyənləşdirə bilməz"
GƏNCLİK
08:47 27.01.2011
5739

Maraqlıdır ki, ali məktəblərin reytinq siyahısı kimi təqdim olunan bu sıralamada Xəzər Universitetinin adı yoxdur.
Hansı ki, tədrisin keyfiyyəti, əksər parametləri baxımından adıçəkilən təhsil ocağı heç də ilk beşlikdə göstərilən təhsil müəssisələrindən geri qalmır.

Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı isə "Şərq"ə deyib ki, TQDK-nın açıqladığı siyahını ali məktəblərin reytinq siyahısı kimi qələmə vermək doğru deyil. "Bu ifadə korrekt deyil. Çünki universitetlərin reytinqləri dünyada öyrənilir və bu zaman onlar çox şeylərə əsaslanır. Yəni universitetlərin elmi əsərlərinə, professorlarına, beynəlxalq tərkibinə, maddi bazasına və ilaxır. Bu isə olduqca çətin və mürəkkəb məsələdir. Məleykə xanımın idarəsi isə ali məktəblərə qəbulda toplanan ballara görə sıralamadır. Onun korrekt adı belə ola bilər: ali məktəblərə daxil olan tələbələrin yığdığı ballara görə universitetlərin sıralanması. Reytinq tamam başqa şeydir. Reytinqin ölçülməsi ilə məşğul olan dünyada xüsusi təşkilatlar var. Məsələn "Times" jurnalı, "Şanxay" reytinq təşkilatı və digərləri var ki, onlar universitetlərin çox parametrlərini nəzərdə alaraq araşdırma aparır. Bu zaman ilk növbətədə elmi fəallıq nəzərdə tutulur. Sonra onların tələbə və müəllim tərkibi nə dərəcədə beynəlxalqdır, bu araşdırılır, maddi bazası, kitabxanasının gücü yoxlanılır. Bu xüsusi bir elmdir.

TQDK-nın açıqladığı siyahı isə tamam fərqlidir. Yəni konkret sahəyə görə, burda da tələbələrin yığdığı ballara görə sıralamadır. Orda, məsələn, xarici tələbələr nəzərdə tutulmur. Çünki xarici tələbələr universitetlərə dövlət imtahanı vasitəsi ilə gəlmirlər. Magistraturaya, doktoranturaya, bakalavra gələn xeyli tələbələr var ki, TQDK-nın qiymətləndirməsi zamanı onlar nəzərdə tutulmayıb. Yəni burda bir göstərici rəhbər tutulub".

H.İsaxanlı rəhbərlik etdiyi universitetin göstəriciləri ilə bağlı bir məqamı xatırlatdı. O bildirdi ki, dünya universitetlərinin müasirlik səviyyəsini ölçən "Vebabetrix" təşkilatı Azərbaycandan bu standartlara cavab verən yalnız Xəzər Universiteti ilə Qafqaz Universitetlərini göstərib".

TQDK-nın açıqladığı ilk beşliyə düşə bilməmələrini isə H.İsaxanlı belə izah etdi. "Tələbələrin böyük əksəriyyəti əsasən dövlət universitetlərinin yüksək ballı fakültələrinə sənədlərini verirlər. Bizlərdə isə ayrı-ayrı ixtisaslarda tutaq ki, mühəndislik, iqtisadiyyat menecmentidir, psixologiyadır, siyasi elmlərdir, onlarda keçid balları yüksək olur. Digərləri isə yüksək olmadığı üçün orta bal aşağı düşür. Pedaqoji fakültələrdə, hansı ki, bizdə pedaqoji ixtisaslar çoxdur, orda ballar aşağıdır. Bizdə hüquq fakültəsi, tibb fakültəsinə qəbul yoxdur. Hansı ki, bu fakültələrdə keçid balı daha yüksək olur".

Xəzər Universitetinin rəhbəri hesab edir ki, universitetlərin ən güclü reytinqi onun məzunlarının harda və necə işləməsi olmalıdır. "Əsas göstərici o olmalıdır ki, universitet gələn tələbələri necə oxudur? Ola bilər orta balla tələbəni götürüb onu yüksək mütəxəssis edə biləsiniz. Ola bilsin yüksək bal toplayan tələbəni götürüb heç mütəxəssis edə bilməyəsiniz. Universitetin nüfuzu bax bu zaman görünür".

TQDK sədri Məleykə Abbaszadənin mətbuat konfransı zamanı toxunduğu məqamlardan biri də ali məktəblərə qəbul zamanı abituriyentlərin attestat qiymətlərinin nəzərə alınması ilə bağlı səsləndirilən təklif olub. O, hazırda bu məsələnin tətbiq olunmasını məqsədəmüvafiq hesab etməyib. "Hələ ki, vəziyyət bizi tam qane etmir. Attestat qiymətləri "5" olan abituriyentlərin 63 faizdən çoxunun imtahanda yüksək bal toplaya bilməməsi müsabiqə zamanı çətinliklər yaradır. Ona görə də müsabiqədə eyni bal toplayan abituriyentlər arasında üstünlüyün attestat balı yüksək olana verilməsi heç də həmişə doğru olmur. Orta attestat qiymətləri 4-5 arasında olan abituriyentlərin 20,49 faizi qəbul imtahanlarında hələ də 0-200 bal arasında nəticə göstərir. Ona görə də biz məktəb və qəbul göstəriciləri arasında yüksək uyğunluq olmayanadək attestat qiymətlərinin qəbulda əlavə üstünlük kimi nəzərə alınmasının tərəfdarı deyilik".

Məsələyə münasibət bildirən H.İsaxanlı hesab edir ki, attestat qiymətlərini həddindən artıq böyük üstünlük kimi nəzərə almaq düzgün deyil. Amma heç nəzərə almamaq da doğru deyil. "Çünki artıq şagirdlər də attestatı mərkəzi imtahanla alırlar. On il zəhmət çəkirlər. Attestatı alanda onun orta qiyməti bütün sahələr üzrə orta qiymət olur. Qəbul imtahanlarında isə müəyyən sayda fənlər üzrə orta qiymət olur. Ona görə şagirdin ümumi zəhməti müəyyən dərəcədə nəzərə alınsa, daha doğru olar. Amma həddindən artıq şişirtməmək lazımdır".

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir