Məsutdan 6 yaş böyük olan Aida digər tanınmış futbolçu Matteo Ferrari ilə uzun müddət bir olub və həmin qeyri-rəsmi izdivacdan oğlu da var.
İndi Ferrari özünə arvad axtarır, Yespika isə az qala, qarşısına çıxan hər kəslə sevişir.
İtaliyanın baş naziri Silvio Berluskoninin sabiq məşuqələrindən birinin dediyinə görə, Aida Yespika "abır-həyası olmayan qadın"dır.
Aida isə ittihamların heç birini qəbul etmir.
"Mənə abırsız deyənlərin özlərinin əxlaq və davranışlarına baxmaq gərəkdir. Məsut məni sevir, mən də onu. O, mənimlə bir gecə üçün milyonlarından keçdi. Bu, əsl sevgi deyilmi?!" - Yespika deyib.
/// milli.az