"Məqsədim Azərbaycan repini dirçəltməkdir"

ŞOU-BİZNES
21:24 11.05.2011
1764

 

 O, bu haqda AZXEBER.COM-a eksklüzi açıqlama verib: "Bu gün hər kəsi albomumun təqdimat mərasimində gözləyirəm. Yeni albomumda gənclərin zövqünə uyğun mahnılar var. Əminəm ki, bəyənəcəklər. Məqsədim Azərbaycan repini dirçəltməkdir. Bundan başqa şəxsi saytımın da təqdimatı olacaq. Çox yaxın zamanda Azərbaycanın ən məşhur reperlərinin biriylə duetim olacaq. Hələ ki, onun adını demirəm, qoy sürpriz qalsın. Portalınız vasitəsilə rep sevərlərə demək istəyirəm ki, məni izləsinlər onları öz treklərimlə sevindirəcəm".

Qeyd edək ki, təqdimat mərasim bu gün saat 15.00-da "İrəli" Gənclik Mərkəzində baş tutacaq. Bundan başqa mərasimdə Niyazın veb-saytının və klipinin da təqdimatı gözlənilir.

OXŞAR XƏBƏRLƏR